![](http://www.pfl.az/uploads/bakiyeni.jpg) “Bakı” qələbəsiz oyunlar seriyasına son qoyub.
Cari mövsümdə qələbə qazanmayan yeganə komanda olan paytaxtın eyniadlı
təmsilçisi VII turun “Araz-Naxçıvan”la qarşılaşmasında 3 xal əldə edib – 2:1.
Sonuncu qələbəsini ötən mövsümün axırıncı turunda əldə edən bakılılar mayın
17-də “Rəvan”a qalib gəlmişdi – 3:2. Növbəti çempionat qələbəsini 133 gün
gözləyən “Bakı” bu müddətdə 5 uğursuz matç keçirmişdi. Bu qarşılaşmalarda cəmi
1 xal qazanan paytaxt təmsilçisinin mövsümdəki ilk qələbəsi həm də baş məşqçi
İbrahim Uzunca üçün əlamətdar olub. Türkiyəli mütəxəssis Premyer Liqada ilk
dəfə 3 xala sevinib.
|