![](http://www.pfl.az/uploads/qarabagyeni.jpg) Topaz Premyer Liqasının VII turu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. 42 yaşlı
mütəxəssis rəhbərlik etdiyi komanda ilə Azərbaycan çempionatlarında 100-cü
qələbəsini qazanıb. Yubiley Qurbanovun məşqçilik karyerasını başladığı “Neftçi”
ilə görüşə təsadüf edib. 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi 2008-ci
ildən bu klubda çalışan mütəxəssislə çempionatda 100-cü dəfə 3 xal əldə edib.
Qurbanovun baş
məşqçiliyi dövründə “Qarabağ”ın qazandığı 100 qələbə 7 mövsümə təsadüf edib:
2008/09 – 14, 2009/10 – 14, 2010/11 – 17, 2011/12 – 15, 2012/13 – 16, 2013/14 –
21, 2014/15 – 3.
Qurbanov
Azərbaycan çempionatları tarixində eyni komanda ilə 100 və daha çox qələbə
qazanan 3-cü baş məşqçi olub. Ona qədər Qəhrəman Əliyev “Viləş”, Mehman
Allahverdiyev “Kəpəz”də 100-ü arxada qoya bilmişdi.
Qeyd edək ki, ölkə
çempionatlarında “Neftçi”ni də çalışdıran Qurbanov bu komanda ilə 19,
ümumilikdə isə 119 qələbə qazanıb. Bu göstəricidə Azərbaycan rekordu Ağasəlim
Mircavadova məxsusdur.
|