![](http://www.pfl.az/uploads/xezer.jpg) Topaz
Premyer Liqasının 7-ci turunun son oyunu Qəbələdə baş tutdu. “Qəbələ” – “Xəzər
Lənkəran” görüşü 1-1 hesabı ilə yekunlaşdı.
Oğuz Çətin (“Xəzər Lənkəran”ın baş məşqçisi): “7-ci oyunumuzu keçirdik. Bu
müddət ərzində problemlərimiz eynidir. Yaxşı hücumlar qurur, oyuna nəzarət
edirik. Amma çox adi bir epizodda qol buraxırıq. Mən futbolçularımdan razı
qaldım. Komanda məğlub duruma düşsə də,
sonra toparlandı, qol vurdu. 2 xal itirdiyimiz üçün narahatam. Bunun
fonunda mübarizədən qopmayan oyunçularımı təbrik edirəm. Konkret olaraq, ad çəkmək
istəmirəm. Lakin məlumdur ki, heyətdə yer alan bəzi futbolçular öz
potensialından aşağı səviyyədə çıxış etdilər. Düşünürəm ki, milli üzvləri bu fasilədən sonra özlərini daha yaxşı tərəfdən
göstərəcəklər. Xüsusən də, qol nöqtələrində daha bacarıqlı olmalıyıq. Oyunçuların
mübarizəsindən razıyam, sadəcə oyun baxımından çatışmazlıqlarımız var”.
|