![](http://www.pfl.az/uploads/qabalayeni.jpg) Topaz
Premyer Liqasının 7-ci turunun son oyunu Qəbələdə baş tutdu. “Qəbələ” – “Xəzər
Lənkəran” oyunu 1-1 hesabı ilə başa çatdı.
Dorinel Munteanu (“Qəbələ”nin baş məşqçisi): “Biz oyuna qələbə qazanmaq
üçün çıxmışdıq. Oyuna yaxşı köklənmişdik. Hər şey yaxşı gedirdi, qol vurduq. Lakin qol vurduqdan sonra köklənmə ilə bağlı problem oldu. Daha sonra rəqib səhvimizdən
yararlanıb, qapımıza yol tapdı. İki xal itirdiyimizə görə çox pərt olmuşam”.
|