![](http://www.pfl.az/uploads/Smqyityeni.jpg) Topaz
Premyer Liqasının 7-ci turunda “Sumqayıt” səfərdə “Simurq”a 2-3 hesabı ilə
uduzdu. Komandanın baş məşqçisi Aqil Məmmədov bu məğlubiyyəti şərh edib.
Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): "İki fərqli hissə izlədik.
Komandam ilk hissədə daha yaxşı oynadı. Üstünlük bizdə idi. Amma ikinci hissədə
səhvlər etdik. Əvəzetmədən meydançaya
çıxan oyunçular heç nə ilə yadda qalmadılar. Həmin futbolçularla ciddi söhbət
edəcəyəm. Bizim gənclərimizin düşüncəsi
fərqlidir. Onlar bu günlə yaşayırlar, gələcəyi düşünmürlər. Belə olmaz. Futbol belə oynanılmır".
|