![](http://www.pfl.az/uploads/simurqyeniloqo.jpg) Topaz
Premyer Liqasının 7-ci turunun dramatik oyunlarından biri Zaqatalada reallaşdı.
“Sumqayıt” 2-0 hesabı ilə önə keçsə də, meydan sahibi “Simurq” oyunun qalan
hissəsində 3 qol vuraraq, 3 xalı aktivinə yazdırdı.
Georgi Çixradze (“Simurq”un baş məşqçisi): “Biz birinci hissədə oynaya
bilmədik. İlk 45 dəqiqə ağır keçdi. Ardıcıl oyunlarda qeydə alınan məğlubiyyətlər
futbolçularımıza pis təsir etmişdi. Fasilədə oyunçularımla söhbət etdim, dəyişikliklərə getdik. Mən oyunçuları fasilədə yenidən oyuna köklədim.
Futbolçular bu qarşılaşmada xarakter göstərdilər. Biz qara zolaqda idik. Amma “Sumqayıt”
üzərində qazanılan qələbə ilə bu uğursuzluğa son qoyduğumuzu düşünürəm”.
|