![](http://www.pfl.az/uploads/azalyeni.jpg) Topaz
Premyer Liqasının VII turunda AZAL “İnter”i
qəbul etdi. Oyun 1-1 hesabı ilə başa
çatdı.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Sumqayıt”la oyundan sonra
futbolçularımla söhbətim olmuşdu. Bildirmişdim ki, komanda ev oyununda uzun
müddətdir qələbə qazanmır. Hesab edirəm ki, oyunçularım mübarizə apardılar. İlk
hissədə daha çox hücum etdik. İkinci hissədə isə mənim tapşırığıma əsasən
komanda bir qədər geri çəkildi. Düşünürəm ki, 70 dəqiqə mən istəyən futbolu
oynadılar. Biz ikinci hissədə rəqibə görə oynamağa başladıq. Bəzi epizodlar
oldu ki, uğur qazana bilərdik. Amma alınmadı. Daha sonra bir səhv buraxdıq. Həmin
səhvdən sonra rəqib qol vurdu və yekun nəticəni müəyyənləşdirdi. Artıq oyunu
unutmalı və qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Bunun üçün vaxtımız var”.
|