![](http://www.pfl.az/uploads/inter.jpg) Topaz
Premyer Liqasının VII turunda “İnter” səfərdə
AZAL ilə üz-üzə gəldi. Oyun 1-1 hesabı ilə başa çatdı.
Kaxaber
Sxadadze (“İnter”in baş məşqçisi): “Oyuna çox pis başladıq. Belə başlanğıcı heç
kim gözləmirdi. Standart epizoddan qol buraxdıq. Oyunda bir az qarışıqlıq
vardı. Daha sonra oyuna nəzarət etməyə başladıq. Yenə deyirəm, biz
çox pis başladıq. Daha sonra qollar vurmaq üçün imkan oldu. Amma, sadəcə, bir
qol vurduq. Oyunun başlanğıcını nəzərə
alsaq, sonluq normal nəticədir. Bizim vaxtımız var. İstirahət edəcəyik və daha
sonra yaxşı hazırlıq keçməliyik. Qarşıdakı oyunlarda xallar qazanmalıyıq”.
|