![](http://www.pfl.az/uploads/araznaxcivan123.jpg) Topaz
Premyer Liqasının debütantı “Araz Naxçıvan” bu gün VII tur çərçivəsində keçirilən
oyunda səfərdə “Bakı”ya 1-2 hesabı ilə
uduzdu.
Əsgər
Abdullayev (“Araz Naxçıvan”ın baş məşqçisi): “Bu oyunla bağlı heç nə deməyəcəyəm.
Nəsə danışmaq çətindir. Bu günə kimi belə
hadisələrlə üzləşməmişəm. Çox çətindir,
yeni komanda, yeni futbolçular. Əgər mən Naxçıvan futboluna xeyir vermirəmsə,
gedəcəyəm. Bu gün istefa vermək istəyində olduğumu rəhbərliyə deyəcəyəm. Özüm
getmək istəyirəm”
|