![](http://www.pfl.az/uploads/bakiyeni.jpg) Topaz
Premyer Liqasının VII turunda “Araz Naxçıvan”a qarşı keçirilən oyun “Bakı” üçün
əlamətdar oldu. Belə ki, məhz bu gün reallaşan oyunda “Bakı” “Araz Naxçıvan”ı
2-1 hesabı ilə məğlub edərək, cari mövsümdə ilk qələbəsini qazandı.
İbrahim
Uzunca (“Bakı”nın baş məşqçisi): “1 həftədir ki, bu
oyuna hazırlaşırdıq. Ötən oyunda “İnter”ə böyük hesabla məğlub olmuşduq. Amma həmin
məğlubiyyətdən sonra biz biri-birimizə dəstək olduq. Bu gün biz tam üstün
oynadıq və qələbə qazandıq. Sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçularımızın
alnından öpürəm. Qələbəni klub rəhbərliyinə həsr edirik”.
|