![](http://www.pfl.az/uploads/neftciyeni.jpg) Topaz
Premyer Liqasının VII turunun mərkəzi görüşündə “Neftçi” “Qarabağ”ı qəbul etdi.
Meydan sahibləri bu görüşdə 1-3 hesabı ilə məğlub oldular:
Arif
Əsədov (“Neftçi” baş məşqçisi): “Bilirdik ki, “Qarabağ” bu oyuna yaxşı
hazırlaşıb. Biz bu görüşə fərqli taktika ilə çıxmışdıq. İlk hissədə üstünlük
bizim tərəfimizdə idi. Amma oyunda verilən penalti hər şeyi dəyişdi.
Qoldan sonra “Qarabağ” bizi əks hücumlarda yaxaladı. Üç qoldan ikisində hakim səhvləri
aşkar görünürdü. Çatışmazlıqlarımız var. Bunları aradan qaldırmalıyıq.Fasilə
yaranır. Təəssüf ki, tam heyətlə hazırlığımızı davam etdirə bilməyəcəyik. Qeyd
edim ki, məncə, “Qarabağ”a belə penalti lazım deyil. Oyunun ədalətli nəticəsi
heç-heçə olardı".
|