![](http://www.pfl.az/uploads/qarabagyeni.jpg) Topaz
Premyer Liqasının VI turunun son oyununda “Qarabağ” “Simurq”u 1-0 hesabı ilə məğlub
etdi.
Qurban Qurbanov (“Qarabağ”ın
baş məşqçisi): "Maraqlı oyun alındı. Vacib 3 xalı qazandıq. “Simurq” bizim
üçün çətin rəqibdir. Ötən mövsüm“Simurq”a məğlubiyyətlərimiz olmuşdu. Ona görə də
vacib xallar qazandığımızı düşünürəm. Futbolçulara təşəkkür edirəm, sona qədər
bir-birini sığortalayıb, qələbəni təmin etdilər. Düşünürəm ki, bir neçə gün
istirahət edib, komandanı növbəti oyunlara hazırlaya bilərik”
|