![](http://www.pfl.az/uploads/simurqyeniloqo.jpg) Topaz
Premyer Liqasının VI turunun son görüşündə “Simurq” “Qarabağ”ın qonağı oldu.
Oyun Zaqatala klubunun 0-1 hesablı məğlubiyyəti ilə nəticələndi:
George
Çixradze (“Simurq”un baş məşqçisi): “Qara zolaq davam edir. Çempionata yaxşı
başladıq. 2 qələbə qazansaq da, 3 dəfə uduzmuşuq. Ardıcıl məğlubiyyətlər
komandaya pis təsir edir. Rəqibimiz “Qarabağ” güclü komandadır. Oyunda keyfiyyət özünü göstərdi. Bu oyunda
heç-heçə bizim üçün yaxşı nəticə ola bilərdi. “Qarabağ” matça qarışıq heyətlə
çıxmışdı. Buna baxmayaraq, təəssüf ki, qol vura bilmədik. Heyətimizdə İlkin
Qırtımov və Draqan Çeran kimi futbolçuların olmaması oyuna və nəticəyə təsirsiz
ötüşmədi”.
|