![](http://www.pfl.az/uploads/qebeledorinel.jpg) Topaz
Premyer Liqasının VI turunda keçirilən və 0-0 hesabı ilə başa çatan “Qəbələ” – “Neftçi”
oyundan sonra meydan sahiblərinin baş məşqçisi Dorinel Munteanu görüşlə bağlı
düşüncələrini bölüşüb:
Dorinel
Munteanu (“Qəbələ”nin baş məşqçisi): “İlk növbədə bütün futbolçularımı
yaxşı oyun münasibəti ilə təbrik edirəm. Futbolçular meydançada çox çalışdılar.
Etiraf etməliyəm ki, “Neftçi” çox güclü komandadır. Rəqibin fərdi keyfiyyətləri
yüksək olan futbolçuları çoxdur. Amma
hesab edirəm ki, biz bu oyunda iki xal itirdik”
|