![](http://www.pfl.az/uploads/neftciyeni.jpg) Topaz
Premyer Liqasının VI turunda “Neftçi” səfərdə “Qəbələ” ilə üz-üzə gəldi. Arif
Əsədovun rəhbərlik etdiyi komanda səfərdən 1 xalla dönməyi bacardı.
Arif Əsədov
(“Neftçi”nin baş məşqçisi): “Biz qələbə üçün gəlmişdik. Oyundan öncə
futbolçulara tapşırmışdıq ki, rəqibi öz meydançasına sıxsınlar. İlk hissədə
bizim çox üstünlüyümüz vardı. Ümumiyyətlə, görüş “Neftçi”nin üstünlüyü şəraitində
keçdi. Oyundan razı qaldım. Sonluqlar
heç də yaxşı alınmadı. Bunun üzərində işləyəcəyik. “Qəbələ” komandasına isə
növbəti görüşlərdə uğurlar arzu edirəm”.
|