![](http://www.pfl.az/uploads/araznaxcivan123.jpg) Topaz Premyer
Liqasının VI turunda səfərdə “Xəzər Lənkəran”a
0-2 hesabı ilə uduzan “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər
Abdullayev oyun barədə düşüncələrini bölüşüb:
Əsgər Abdullayev (“Araz
Naxçıvan”ın baş məşqçisi): “Futbolçularımız döyüşdülər. Qolun buraxılması
planlarımızı pozdu. Bəzi futbolçular tapşırıqları yerinə yetirə bilmədilər.
Gücümüz budur. Amma işimizi davam etdirəcəyik. Futbolçularım Premyer Liqa təcrübəsi qazanmalıdırlar.”
|