![](http://www.pfl.az/uploads/oguzcetin.jpg) Topaz
Premyer Liqasının VI turunda “Xəzər Lənkəran” doğma meydanında “Araz Naxçıvan”ı
2-0 hesabı ilə məğlub etdi.
Oğuz Çetin (“Xəzər Lənkəran”ın baş məşqçisi):
“Sözü çox uzatmaq niyyətim yoxdur. Mənim oyunçularım qol zamanı stressdə olurdular.
Bu gün isə hər şeydən razı qaldım. Biz
qol vurmaq problemini tamamilə həll etdikdən sonra
istənilən rəqibi məğlub edə bilərik. Bu gün rəqibə heç bir şans vermədik.
Qol bir az gec vurulsa da, əsas qələbədir. Əgər qolu erkən vursaydıq,
hesab daha fərqli olardı. Biz ardıcıl olaraq, qələbələr qazanmalıyıq”.
|