![](http://www.pfl.az/uploads/Smqyityeni.jpg) Topaz Premyer
Liqasının VI turunda “Sumqayıt” doğma meydançasında AZAL-a 0:1 hesabı ilə məğlub
oldu.
Aqil Məmmədov (“Sumqayıt”ın
baş məşqçisi): “Oyuna pis başladıq. AZAL görüşün əvvəlində qol vurmaq üçün irəli
atıldı. Öz səhvimizdən qol buraxdıq. Amma ikinci hissə bizim üstünlüyümüz şəraitində
keçdi. Narazılığım yoxdur. Futbolçular var gücü ilə oynadılar. Sözsüz ki,
çatışmazlıqlar oldu. Kiyan Sultanpur çox zəif oynadı, demək olar ki, meydançada
yox idi. Ona görə də Kiyanı əvəzlədim. Şəhriyar Xəlilov dünən əvəzedi heyətdə
çıxış edib. Bu səbəbdən heyətdə yox idi. Qarşıdakı oyunlara
hazırlaşacağıq”.
|