![](http://www.pfl.az/uploads/azalyeni.jpg) Topaz
Premyer Liqasının VI turunda AZAL səfərdə “Sumqayıt” üzərində qələbə qazandı –
1-0.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Qarabağ”a uduzduqdan sonra ruh düşkünlüyü vardı. Bununla yanaşı,
komandamı oyuna kökləyə bildimsə, sevinirəm. İlk hissədəki 3 qol epizodundan
yararlana bilsəydik, hesab tam başqa olardı. Biz hücumda top saxlaya,
cinahlardan tam istifadə edə bilmirik. Tomi Kostadinov hələ tam hazır deyil.
Ona görə də əsas heyətdə yer almamışdı.
Bütün bunlara baxmayaraq, qələbə qazandıq. 3 xal bizim üçün çox vacib
idi. Futbolçular komandaya 60-70 faiz adaptasiya olublar. Bu oyundan sonra gedəcəyimlə
bağlı yayılan məlumatlara şərh verərkən deyim ki, bizim çantamız daim yanımızda
olur. Məni dəvət edən rəhbərlik getməyimi istəsə, mən də gedərəm. Amma hələ ki,
rəhbərlik mənə belə bir söz deməyib. Qarşıda “İnter”lə oyun var. Biz bu oyuna 3
xal üçün çıxacağıq”
|