![](http://www.pfl.az/uploads/bakiyeni.jpg) Topaz
Premyer Liqasının VI turunda “İnter”ə 0-7 hesabı ilə uduzan “Bakı”nın baş məşqçisi
İbrahim Uzunca düşüncələrini bölüşüb:
İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi):
“İstədiyimiz olmadı. Xüsusən də ilk hissədə çox pis oynadıq. Yaxşı hazırlıq
keçməyən futbolçularımızda motivasiya da aşağı səviyyədədir. Hər qoldan sonra
oyundan bir az da soyuduq. Mən bu gün futbolçularımı tanıya bilmədim. Biz bu məğlubiyyəti unudub,
qarşıdakı oyunlara baxmalıyıq. “Bakı” tarixi ərzində bu hesabla uduzmamışdı.
Buna görə üzr istəyirəm. Komandanı daha yaxşı yerlərə gətirmək üçün çalışacağıq”.
|