![](http://www.pfl.az/uploads/inter.jpg) Bu gün Topaz
Premyer Liqasında 6-cı tura start verildi. İlk oyunda “Bakı”nı qəbul edən “İnter”
7-0 hesablı qələbə qazandı:
Kaxaber
Sxadadze (“İnter”in baş məşqçisi): “Oyun bizim üçün yaxşı keçdi. Mən bütün
futbolçularıma mükəmməl oyuna görə təşəkkür edirəm. Bu oyuna psixoloji cəhətdən
köklənməyimiz vacib idi. Bilirsiniz ki, “Qarabağ” qrup mərhələsinə düşdükdən
sonra məhz “Bakı” ilə oyunda xal itirmişdi. Biz 3 qol vurduqdan sonra ötürmələrdə
müəyyən səhvlər etdik. Amma bir müddət sonra hər şey yenidən qaydasına düşdü. Oyundan
sonra futbolçulara dedim ki, bu hesabı unudun. Çünki bizi qarşıda AZAL ilə çox
çətin oyun gözləyir”.
|