![](http://www.pfl.az/uploads/bakiyeni.jpg) Topaz Premyer Liqasının ilk 5 turu “Bakı”nın son 11
mövsümdə ən uğursuz startı ilə tarixə düşüb. Beş turda 4 dəfə meydana çıxan
paytaxtın eyniadlı təmsilçisi bu qarşılaşmalardan birində heç-heçə edib, 3 dəfə
uduzub. Bakılılar indiki adı altında ilk dəfə startdakı 4 turda qələbə qazana
bilməyib. 2004-cü ildən “Bakı” adı ilə çıxış edən “zolaqlılar” startda belə
uzun qələbə həsrətini sonuncu dəfə “Dinamo” adı ilə yaşayıb. Buna 2003/04
mövsümündə təsadüf olunub. Həmin vaxt komanda ardıcıl 4 dəfə məğlub olmuşdu.
Ondan sonrakı 10 mövsümdə isə startdakı 4 görüşdən ən azı birində “Bakı”
azarkeşləri qələbəyə sevinmişdi.
|