![](uploads/bakiyeni.jpg) Topaz Premyer Liqasının 5-ci turunda “Bakı” doğma meydanda “Sumqayıt”la
qarşılaşdı. Rəqibinə 1-2 hesabı ilə məğlub olan paytaxt təmsilçisinin qələbəsizlik
seriyası 4 oyuna çatdı.
İbrahim Uzunca, “Bakı” klubunun baş məşqçisi: “Oyun istədiyimiz kimi gedirdi.
Erkən qol bizi irəli atdı. Məşq etməməyimiz oyunun gedişində özünü göstərdi.
İki səhvdən sonra qollar buraxdıq və uduzduq. Mən uşaqlardan razıyam, qarşıdakı
oyunlarda xal, eyni zamanda qələbə də qazanacağıq. Ən qısa zamanda maddi
durumun düzələcəyinə inanıram. Biz mübarizə aparan bir komandayıq, amma
problemlər də sözünü deyir. İstənilən halda, “Bakı”nın adını qoruyub-saxlamaq
üçün çalışırıq. Çatışmazlıqların üzərində çalışmalıyıq”.
|