![](uploads/Smqyityeni.jpg) Topaz
Premyer Liqasının 5-ci turunda səfərdə “Bakı” ilə qarşılaşan “Sumqayıt” ilk
hissədə hesabda geri düşsə də, ikinci hissədə vurduğu qollarla oyundan qalib
ayrıldı – 2:1. Bu nəticədən sonra “gənclər şəhəri”nin təmsilçisi turnir cədvəlində
yenidən ilk pilləyə yüksəldi.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Bilirdik
ki, çox çətin olacaq. Döyüşən komandaya qarşı oynadıq. İlk hissədə komandamdan
razı qalmadım. İkinci hissədə isə toparlandıq və lazımi nəticəni əldə etdik. Bu
oyunda azarkeşlərin də dəstəyini hiss elədik. Oyunun gedişində zədə alan Slavik
Alxasovun vəziyyəti ciddi deyil. Yaxın günlərdə komandaya qoşulacaq”.
|