![](http://www.pfl.az/uploads/azalik.jpg) AZAL Topaz Premyer Liqasının V turunda “Qarabağ”a 0:3 hesabı ilə
uduzdu.
Tərlan Əhmədov (AZAL klubunun baş məşqçisi): “Millinin oyunları ilə əlaqədar
olaraq yaranmış fasilə bizə mənfi təsir göstərdi. Eyni zamanda, ola bilər ki, “Qarabağ” adı futbolçularımda müəyyən həyəcan yaratmışdı. Heyətdə müəyyən problemlər var. Amma yaxın vaxtlarda bunlar həllini tapacaq.
Ruslan Məcidov və Tomi Kostadinov sıraya dönürlər. Yerli futbolçulardan Təmkin
hələ heyətə uyğunlaşmayıb. İstedadlı oyunçudur, amma özünü göstərə bilmədi. Komandada
heç kimin oyunundan razı qalmadım. “Qarabağ”a Avropa Liqasının qrup oyunlarında
uğurlar arzu edirəm”.
|