![](http://www.pfl.az/uploads/qurban.jpg) Premyer
Liqasının sonuncu qalibi “Qarabağ” cari mövsümdə ilk qələbəsini qazandı. Qurban
Qurbanovun başçılıq etdiyi komanda AZAL-ı səfərdə 3:0 hesabı ilə üstələdi:
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Oyuna yaxşı
hazırlaşmışdıq. Vacib qələbə qazandıq. Rəqib bu gün 3 qol buraxsa da, sona qədər
mübarizə apardı. Düşünürəm ki, bütün komandalar AZAL-a qarşı oyunda çətinlik çəkəcəklər.
Danilo Dias bu gün heyətə daxil edilməmişdi. Həmin mövqe üçün həm Cavid, həm də
Dias var. Limitə görə, belə addım atdıq. Çempionatın digər oyunlarında bu dəyişiklikləri
görəcəksiniz. Qapıçı Fərhad Vəliyevin çıxışındam da razı qaldım”.
|