Topaz Premyer Liqasının V turunda “Neftçi”
“Xəzər Lənkəran”ı məğlub etdi – 1:0.
Arif
Əsədov (“Neftçi”nin baş məşqçisi): "Komandamı qələbə münasibətilə təbrik edirəm. Çox qısa
bir zamanda komandanı oyuna hazırladıq. Oyun fəlsəfəmizi həyata keçirib, qələbə qazandıq. Görüş çətin
alındı. İlk hissədə 10 nəfər qaldıq, məcbur olduq ki, həm heyətdə, həm də
taktiki planda dəyişiklik edək. Erik Ramosun
ehtiyatda qalmağı limitlə bağlıdı.
Kauenin daha çox hücumameylli olduğunu düşünüb, bu addımı atmışdıq. Qısa müddətdə futbolçuların nizam
-intizamına fikir verdik. Müdafiə futbolunu ona görə tətbiq etdik ki, komanda fiziki cəhətdən hələ tam
hazır deyil”.
|