![](http://www.pfl.az/uploads/oguz.jpg) Topaz
Premyer Liqasının V turunda “Xəzər Lənkəran” İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Neftçi”yə 0:1
hesabı ilə uduzdu.
Oğuz Çetin (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Çempionata pis başladıq, pis də
davam edir. Bugünkü oyunun nəticəsi belə olmamalı idi. 3 xal itirmək çox pisdir. Qırmızı vərəqə və penaltidən sonra
komandamız qol vurmalı idi. Futbolda nə qədər çalışsan belə, əsas iş qol
vurmaqdır. Bizim hazırda ən böyük problemimiz qol vura bilməməkdir. “Neftçi”
10 adamla müdafiə olundu, biz isə qol vurmağa çalışdıq. İstənilən halda, məğlub
olduq. Artıq bu oyun başa çatdı. Qarşıdakı oyunlara baxmalıyıq. Bizim məqsədimiz yaxşı oynamaq, qələbə qazanmaqdır”.
|