Topaz
Premyer Liqasının 5-ci turunda “Araz Naxçıvan” doğma meydanda “İnter”ə 1-3
hesabı ilə məğlub oldu.
Əsgər Abdullayev, “Araz Naxçıvan” klubunun baş məşqçisi: “Deyiləsi sözüm
yoxdur. Futbolçuların oyuna bu cür münasibəti ilə bizə çətin olacaq. Rəqib
haqqında tam məlumat versək də, istədiyimiz oyunu meydanda görə bilmədik. Ümumilikdə,
oyun görmədik. Sanki, futbolçularımız futbol oynamağa deyil, gəzməyə
çıxmışdılar”.
|