![](uploads/kaxa150.jpg) Topaz
Premyer Liqasının 5-ci turunun açılış oyununda Naxçıvana səfər edən “İnter”
yerli “Araz Naxçıvan”la oyunda ikinci hissədə vurduğu qollar hesabına qələbə
qazandı – 3:1.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Bu cür meydanda baxımlı futbol
haqqında danışmaq mənasızdır. İkinci hissədə 3 mərkəz müdafiəçisi ilə oynadıq və
cinahlardan hücuma qoşulan oyunçuların dəstəyi ilə rəqibin qapısına yol tapa bildik. Bu,
oyunun ən vacib anı idi. Futbolçulara həmişə demişəm ki, yaxşı meydançada güclü
olmaq əsas deyil. Əgər həqiqətən də rəqibdən güclüsənsə, bunu həm yaxşı
meydançada, həm də ağır meydançada göstərməlisən. Komanda bu gün əzmkar oyun göstərdi,
mübarizə apardı, futbolçular komanda ruhunu, qələbə qazanmaq istəyini ortaya qoydular. Oyuna
bu qədər azarkeşin gəlməyi məni məmnun etdi. Fikrimcə, “Araz Naxçıvan” klubu
meydançanın ot örtüyünü yaxşılaşdırmalıdır ki, oyuna gələn azarkeşləri də
komandanın oyunundan həzz alsın. Onda daha yaxşı oyun göstərərlər. Ötən turdakı
məğlubiyyətdən sonra qələbə qazanmalıydıq. Bunu bacardığımız üçün şadam”.
|