![](http://www.pfl.az/uploads/3908.jpg) “Neftçi”
Elnur Allahverdiyevin adını sifariş vərəqəsinə daxil edib. Azərbaycan milli
komandasının üzvü bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Müdafiəçi
“Neftçi”nin heyətində 14 nömrəli formada çıxış edəcək.
Qeyd edək
ki, 31 yaşlı E. Allahverdiyev “Ədliyyə” , “Şəfa”, MOİK, “Neftçi” (hamısı Bakı),
“Turan” (Tovuz), “Qarabağ” (Ağdam), “Xəzər Lənkəran” və “Qəbələ” klublarında forma
geyinib.
|