İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Azərbaycan I
Divizionunun “Şəmkir” – “Turan-T” matçında
“Şəmkir” klubu limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət
verilir. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv
edilir (maddə 98).
2014/2015 mövsümündə “Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçiriləcək matçlarda baş verə biləcək hər hansı insidentin
qarşısını almaq, eləcə də keçən mövsüm yaşanmış hadisələrin yenidən təkrarlanmaması üçün cari mövsümdə də İntizam Komitəsinin 2013/2014 mövsümündə qəbul etdiyi qərarlar qüvvədə saxlanılsın. Belə ki, “Neftçi” və “Xəzər Lənkəran” klublarının
iştirakı ilə baş tutacaq Topaz Premyer Liqası və Azərbaycan kuboku matçlarında
bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin
stadionlarda iştirakına qadağa qoyulur.
|