![](uploads/pfl.jpg) “Bakılı” klubu 4 futbolçusunun Azərbaycan çimərlik futbolu
üzrə milli komandasının heyətində Dünya çempionatının seçmə mərhələsində
iştirak edəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edərək “Bakılı” –
“Rəvan” və “Turan T” – “Bakılı” görüşlərinin başqa tarixə keçirilməsini xahiş
etmişdir. Yuxarıda qeyd olunanlar və yarışların əsasnaməsinin 3.16 bəndi nəzərə
alınaraq I Divizionda I turun “Bakılı” – “Rəvan” matçı 6 sentyabr tarixindən 29
sentyabr tarixinə, II turun “Turan T” – “Bakılı” matçı isə 11 sentyabr tarixindən
6 oktyabr tarixinə keçirilib.
|