28.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   Aqil Məmmədov: “Onlar “İnter”lə oyunda öz mövqelərini itirdilər”      2014-09-03

“Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. A. Məmmədov müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub.

Azərbaycan milli komandasının oyunları ilə əlaqədar olaraq, Topaz Premyer Liqasında yaranmış fasilədən necə istifadə edəcəksiniz?

- “Araz Naxçıvan”la görüşdən sonra futbolçuları istirahətə buraxmışdım. Dörd günlük fasilədən sonra sabah toplaşırıq. 6 futbolçumuz U-21 yığmasının heyətindədir. Buna baxmayaraq, 1 yoxlama oyunu keçirməyə qərar verdik. Şənbə günü saat 18:00-da “İnter”lə üz-üzə gələcəyik. Bu oyun “Bakı” klubunun təlim-məşq bazasında reallaşacaq. Oyunun məhz bu arenada keçirilməsi bizim üçün sərfəlidir. Çünki, Topaz Premyer Liqasının V turunda məhz “Bakı” ilə bu meydançada oynayacağıq.

“İnter”lə oyunda qeydə alınan 1:5  hesablı məğlubiyyətdən sonra heyətdə bir çox dəyişiklik etdiniz. “Araz Naxçıvan” üzərində dəyişik heyətlə qələbə qazanmağınız ikinci heyətin daha uğurlu olmasına işarədir?

- Bəli, ikinci heyəti daha uğurlu saymaq olar. İdman prinsiplərində belə bir qanunauyğunluq var ki, uduzan heyətdə mütləq islahatlar aparılmalıdır. Mən “İnter”lə oyunda meydançaya çıxan 4  futbolçunu “Araz Naxçıvan”la matçda  ehtiyatda saxlamışdım. Onlar əsas heyətdəki yerlərini məhz “İnter”lə oyunda itirdilər. Sözsüz ki, onlar da bizim oyunçularımızdır. Həmin futbolçular öz yerlərini qaytarmaq üçün mütləq mübarizə aparmalı və 2 qat güclə çalışmalıdırlar. Kim güclüdürsə, o da meydançaya çıxacaq.

-  “Sumqayıt” hazırda turnir cədvəlinin lideridir. “Sumqayıt”ın liderliyi uzunmüddətli ola bilərmi?

-  Deməzdim ki, biz rəqiblərimizi böyük fərqlə üstələmişik. Bəzən idman xoşbəxtliyi bizim tərəfimizdə olub. Biz qələbələri futbolçuların sona qədər döyüşməsi, mübarizədən qopmaması nəticəsində qazanmışıq. Əvvəl də demişəm, yenə də deyirəm: bizim hədəfimiz çempionluq deyil. Məqsədimiz yaxşı oyun göstərmək, qələbələr qazanmaqdır. Kimin çempion olacağı, kimin digər medalları qazanacağını isə çempionatın sonunda  görəcəyik.

Ötən mövsüm əsas oyunçularınızdan sayılan Pərdis Fərcad Azadın zədəsinin sağalması üçün nə qədər zamana ehtiyac var?

-  Pərdisin zədəsi ciddidir. Mən istərdim ki, Pərdis tez qayıtsın. Amma onun qayıdışı, ən yaxşı halda, yanvar ayında reallaşa bilər.  

-  Sumqayıtda həmişə futbol ab-havası olub. Adətən, Sumqayıt stadionuna gələn azarkeşlərin də orta yaş həddi yüksəkdir. Yəni Sumqayıt camaatı artıq “Sumqayıt”ı doğma komanda kimi qəbul edir. Bu barədə düşüncələriniz necədir?

-  Bəli, camaatın, xalqın komandası olmaq çətin işdir. Gərək azarkeş rəğbəti qazanasan. Sumqayıtda gəlmə komandalar da çıxış edib. Yəqin ki, həmin vaxt hər hansı bir soyuqluq olub. İndiki məqamda isə vəziyyət fərqlidir. Azarkeşlər bizə hər zaman dəstək olublar və bizi heç vaxt darda qoymayıblar.

-  Növbəti turda rəqibiniz “Bakı”dır. Bu komanda ilə bağlı hansı fikirdəsiniz?

-  Mən bir məsələni vurğulayım ki, “Bakı” heç də zəif komanda deyil. Məğlub olduqları oyunlarda da yaxşı futbol sərgiləyiblər. Döyüşməyi bacaran komandaya qarşı oynayacağıq. Bu baxımdan işimiz heç də asan olmayacaq.

 Hazırladı: Elgiz Abbasov 

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 2728
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: