![](uploads/UEFA.jpg) Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi
keçiriləcək. Bakı vaxtı ilə saat 16:00-da başlanacaq mərasimdə ölkəmizin Avropa
Liqasında yeganə təmsilçisi “Qarabağ” da rəqiblərini tanıyacaq. “Qarabağ” IV səbətdə
yer aldığı üçün güclü rəqiblərlə düşəcək. Hər səbətdən bir komanda olmaqla 4
komanda 12 qrup yaradacaq.
Səbətlərin tərkibi aşağıdakı kimidir:
I səbət: “Sevilya” (İspaniya), “İnter” (İtaliya), “Tottenhem”
(İngiltərə), PSV (Hollandiya), “Napoli” (İtaliya), “Dinamo” (Ukrayna), “Vilyareal”
(İspaniya), “Fiorentina” (İtaliya), “Zalsburq” (Avstriya), “Metallist” (Ukrayna),
“Lill” (Fransa), “Kopenhagen” (Danimarka)
II səbət: “Styaua” (Rumıniya), “Standard” (Belçika), PAOK
(Yunanıstan), “Seltik” (Şotlandiya), “Beşiktaş” (Türkiyə), “Volfsburq”
(Almaniya), “Brügge” (Belçika), “Dnepr” (Ukrayna), “Trabzonspor” (Türkiyə), “Panatinaikos”
(Yunanıstan), “Sparta” (Çexiya), “Borussiya” (Mönhenqladbax, Almaniya)
III səbət: “Everton” (İngiltərə), “Yanq Boyz” (İsveçrə), “Dinamo”
(Xorvatiya), “Sürix” (İsveçrə), “Eştoril” (Portuqaliya), “Legiya” (Polşa), “Partizan”
(Serbiya), “Torino” (İtaliya), “Feyenoord” (Hollandiya), “Sent-Etyen” (Fransa),
“Genqam” (Fransa), “Rio Ave” (Portuqaliya)
IV səbət: “Dinamo” (Rusiya), “Krasnodar” (Rusiya), “Riyeka”
(Xorvatiya), “Lokeren” (Belçika), “Asteras” (Yunanıstan), “Slovan” (Slovakiya),
“Apollon” (Kipr), “Qarabağ” (Azərbaycan), HİK (Finlandiya), “Astra” (Rumıniya),
“Dinamo” (Belarus), “Olborq” (Danimarka)
|