![](uploads/qarabagyeni.jpg) Dünən Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları
keçirilib. Bu mərhələdəki təmsilçimiz “Neftçi” və “Qarabağ” da cavab matçlarına
çıxıblar.
Səfərdə “Partizan”a 2:3 hesabı ilə uduzan “Neftçi” Tofiq Bəhramov
adına Respublika Stadionunda baş tutmuş cavab matçında rəqibinə 1:2 hesabı ilə
məğlub olub və Avropa Liqasında mübarizəni dayandırıb.
“Qarabağ” isə tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində
oynamaq şansı qazanıb. İlk oyunda “Tvente” ilə qolsuz bərabərə qalan “Qarabağ”
səfərdə özünə sərf edən nəticəni əldə edib. Hollandiyadakı matçda hesabda geri
düşməsinə baxmayaraq, toparlanaraq tarazlıq yaradan “Qarabağ” heç-heçə (1:1)
olmasına baxmayaraq, səfər qolu ilə mərhələ adlayıb.
“Qarabağ”a Avropa Liqasının qrup mərhələsində uğurlar arzu
edirik.
|