28.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   “Neftçi”nin futbolçuları tarixi oyundan öncə: “Partizan bizə qol vura bilməz” - SORĞU      2014-08-27

Sabah Azərbaycan futbolu üçün tarixi gündür. Belə ki, iki komandamız – “Qarabağ” və “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşmək üçün son oyunlarına çıxacaq.

“Qarabağ” Hollandiyada “Tvente”, “Neftçi” isə Azərbaycanda “Partizan”la üz-üzə gələcək.

Peşəkar Futbol Liqasının rəsmi saytının əməkdaşı “Partizan”la oyundan öncə “Neftçi”nin bir neçə futbolçusu ilə danışıb.

“İndiki “Partizan” daha güclüdür”

Mirhüseyn Seyidov (yarımmüdafiəçi): “Partizan”a qarşı keçirdiyimiz ilk oyunları yaxşı xatırlayıram. Qrup mərhələsində üz-üzə gəldiyimiz “Partizan”la indiki komandanı müqayisə etsək, deyərəm ki, ikinci    daha güclüdür. Qrup mərhələsinin oyunu pley-off mərhələsinin matçı qədər həyəcanlı olmur. Pley-off oyunlarında istək, mübarizə daha yüksəkdir.  Biz də sabah həlledici oyuna çıxacağıq. “Partizan” səddini keçmək bizim borcumuzdur. Səfərdə uduzsaq da, 2 qol vurmuşuq. Vurulan qollar bizim üçün üstünlükdür. Bundan əlavə, azarkeş dəstəyi də olacaq. Azarkeşlərin köməkliyi ilə ən azı bir qol vurub mərhələni keçməyimiz mümkündür.

“2:3 hesablı məğlubiyyət normaldır”

Saşa Stamenkoviç (qapıçı): “Partizan”a qarşı Serbiya çempionatında da oynamışam, Avropa Liqasının qrup mərhələsində də. Hesab edirəm ki, indiki “Partizan” daha güclüdür. Düşünürəm ki, futbolçuları çox texnikalıdır və işlərini yaxşı bilirlər. Buna görə də biz oyuna çox yaxşı hazırlaşmalıyıq. Səfərdə uduzmağımıza baxmayaraq, məncə, 2:3 çox normal hesabdır. Biz  sabahkı oyunda azarkeşlərin köməyi ilə qələbə qazana bilərik. “Partizan” mənim üçün adi rəqibdir. 2 il öncə Serbiyada məni yaxşı qarşılamamışdılar. Amma 1 həftə öncə keçirilən oyunda hər hansı bir etiraz pankartının şahidi olmadım. Çünki mənim bütün diqqətim oyunda idi. Məni serbiyalı azarkeşlər yox,  “Neftçi”nin fanatları maraqlandırır. Onlar bizə yardım edəcəklər”.

“İkinci dəfə tarix yazmalıyıq”

Cavid İmamverdiyev (yarımmüdafiəçi): “Partizan”ın hazırda daha güclü olduğunu düşünürəm. Amma biz də zəif deyilik. Düzdür, səfərdə uduzduq. Məğlubiyyətin əsas səbəbi isə zəif oyun yox, arxayınlaşmaq idi. Biz 2 qol vurduqdan sonra rahat oynadıq və qollar buraxdıq. Sabah isə cavab oyunudur. Mən fürsətdən istifadə edib, xalqımıza səslənirəm. Ümid edirəm ki, azarkeşlər sabah bizə stadionda dəstək olacaqlar. İşin 50 faizi azarkeşlərdən asılıdır. Onların köməyinə çox ehtiyacımız var. “Neftçi”də durum çox yaxşıdır. Əgər biz  sabah öz oyunumuzu sərgiləsək “Partizan” bizə qol vura bilməz. Mənim üçün artıq qrup mərhələsində oynamaq ümidi yox, arzusu var. Özümü Avropa Liqasının qrup mərhələsində görürəm. Biz vaxtilə qrup mərhələsinə düşüb, tarix yazmışıq. Çalışacağıq ki, uğurumuzu təkrarlayaq. Sonda yenə azarkeşlərə səslənmək istəyirəm. “Neftçi”nin oyununda mərkəzi arenanı tam dolmuş vəziyyətdə görmək arzumdur”.

“Səfər oyununda yaxşı çıxış etmədim”

Flavinyo (yarımmüdafiəçi): “İndiki “Partizan” daha yaxşıdır. Rəqibin oyun ritminin daha da artdığını söyləməliyəm. Rəqibin fiziki gücü yüksəkdir. Fiziki gücü yüksək olan komandaya qarşı oynamaq isə çətindir. Biz 2:3 hesabı ilə uduzsaq da, şanslarımız olur. Hər kəs deyir ki, 2 qol vurduqdan sonra arxayınlaşdıq. Amma, məncə, biz birinci qoldan sonra çaşdıq. Bizim komandamız iki avtoqolla sarsıldı. Lakin unutmayaq ki, bizim erkən vurduğumuz iki qol “Partizan” üçün də biabırçılıqdır. Mən etiraf edirəm ki, səfər oyunun fərdi planda yaxşı oyun sərgiləmədim. Cavab oyununda daha yaxşı oyun nümayiş etdirmək istəyirəm və bunu bacaracağımı düşünürəm. Bizim komandamız cavab oyununa daha yaxşı motivasiya ilə çıxmalıdır. Çünki bizi vacib qarşılaşma gözləyir”.

"Oyun praktikamı artırmalıyam"

Nikolas Kanales (hücumçu): Məncə, əvvəlki “Partizan” daha yaxşı idi. O vaxt fərdi planda yaxşı oyunçular az deyildi. Mənə elə gəlir ki, bizi öz oyunumuz daha çox düşündürməlidir. Artıq 2 həftədir ki, məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm. Fiziki baxımından problemim yoxdur. Oyun praktikamı artırmalıyam. “Partizan”la cavab matçında hər şey özümüzdən asılıdır. Əsas məsələ qol buraxmamaqdır.  Bizim qol vurmaq baxımından problemimiz yoxdur. “Neftçi” hər oyunda qol vurur.

Hazırladı: Elgiz Abbasov

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 2728
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: