İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer Liqasının III turunun “Bakı” – “Qəbələ” matçında “Bakı”
klubunun azarkeşləri tərəfindən açılmış pankarta görə klub 5000 manat cərimə
olunur (maddə 42.7).
Topaz Premyer Liqasının III turunun “Simurq” – “Xəzər Lənkəran” matçının
90+2-ci dəqiqəsində “Simurq” klubunun 11 №-li futbolçusu Draqan Çeran hakimi təhqir
etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün
futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
Oyunun 90+3-cü dəqiqəsində “Simurq” klubunun
azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə
olunur (maddə 52).
Əvəzedici heyətlərin III
turunun “Bakı” – “Qəbələ” matçının 33-cü
dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Şirməhəmməd Məmmədov kobud
oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün
futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
Əvəzedici heyətlərin III
turunun “Simurq” – “Xəzər Lənkəran” matçında “Simurq” klubunun 4 futbolçusu
sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 52-ci dəqiqəsində “Simurq” klubunun 80 №-li
futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100
manat cərimə olunur (maddə 48).
|