![](uploads/inter5+.jpg) Topaz
Premyer Liqasının III turunun “İnter” – “Sumqayıt” oyunu 2014/15 mövsümünün ən məhsuldar qarşılaşması
olub. Arxada qalan 12 matçda ilk dəfə 6 qol qeydə alınıb. “İnter” isə mövsümün
5 qol vuran ilk komandasıdır. Bakılılar Azərbaycan çempionatları tarixində
10-cu dəfə bir oyunda 5 və ya daha çox qol vurub. Paytaxt təmsilçisi 1 dəfə 8,
1 dəfə 7, 1 dəfə 6, 7 dəfə 5 qol vurmağı bacarıb. Bakılılar sonuncu belə
uğurunu 364 gün əvvəl gerçəkləşdirib. 2013-cü il avqustun 25-də “İnter” “Rəvan”ı
da 5:1 hesabı ilə məğlub edib. “Sumqayıt” isə Premyer Liqada 5-ci dəfə 5 və ya
daha çox top buraxıb.
|