![](uploads/sumqayitilkqol.jpg) “Sumqayıt”
“İnter”lə qarşılaşmalardakı qol həsrətinə son qoyub. Əvvəlki 8 görüşdə paytaxt
təmsilçisinin qapısına bir dəfə də olsun yol tapmayan Aqil Məmmədovun yetirmələri
Topaz Premyer Liqasının III turunun görüşündə uğursuz seriyanı qırıb. “İnter”in
5:1 hesabı ilə qalib gəldiyi oyunun 40-cı dəqiqəsində Məhəmməd Qurbanov ilk
qola imza atıb. Bu qol “gənclik şəhəri” təmsilçisinin “İnter”lə görüşlərdəki
759 dəqiqəlik qolsuz seriyasının sonu olub.
Qeyd edək
ki, “İnter”lə “Sumqayıt” arasında oyunlarda ilk dəfə böyükhesablı nəticə qeydə
alınıb.
|