![](uploads/simurqyeniloqo.jpg) Zaqatalanın
“Simurq” klubu “Xəzər Lənkəran”la oyunlardakı uğursuz seriyaya son qoyub. Belə
ki, George Çixradzenin yetirmələri Topaz Premyer Liqasının III turunda rəqibini 2:0
hesabı ilə məğlub edib. Bu, “Simurq”un Lənkəran təmsilçisi ilə ev oyunlarında
ilk qələbəsi olub. İlk dəfə 2006-cı ildə “Xəzər Lənkəran”ı qəbul edən
zaqatalalılar 9 ev oyununda qələbə qazana bilməmişdi. Onuncu cəhdi uğurlu olan
“Simurq” öz meydanında keçirdiyi əvvəlki 9 dueldən 5-də heç-heçə etmiş, 4 dəfə
uduzmuşdu.
|