![](uploads/Smqyityeni.jpg) Topaz Premyer Liqasının 3-cü turunda “Sumqayıt” səfərdə
“İnter”ə 1:5 hesabı ilə məğlub oldu.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Hesab
oyuna görə oldu. Bizdə oyun keyfiyyəti çox aşağı səviyyədədir. Müdafiənin mərkəzində,
eləcə də bütün mövqelərdə problemlər var. Əlbəttə ki, ciddi tədbirlər olacaq.
Futbolçularla ciddi söhbət edəcəm. Burada heç kim gününü keçirə bilməz. Öz işinə
və öz sənətinə belə yanaşmaq olmaz. Bəxtiyar Həsənalızadənin əvəzlənməsi zədə
ilə bağlı deyildi. Yaxşı oynamadı və səhvləri oldu. Mən “Araz Naxçıvan”la oyunu
düşünərək, bəzi dəyişikliklər etdim. Yəqin ki, qarşıdakı günlərdə bir neçə
oyunçu komandadan göndəriləcək”.
|