![](uploads/kaxa100qelebe.jpg) Topaz Premyer Liqasının 3-cü turunda “İnter” doğma meydanda
“Sumqayıt”ı 5:1 hesabı ilə üstələdi. Bununla da “İnter” məğlubiyyətsiz oyunlar
seriyasını 3-ə çatdırdı.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Komandamı təbrik
edirəm. Bütün qollar gözəl alındı. Amma etiraf edim ki, topu saxlamaqda müəyyən
problemlər vardı. Futbolçularla bu barədə danışmışam. Bunun üzərində çox
çalışmaq lazımdır. Biz bu vərdişləri təkrarlamalıyıq. Qarşıda çox çətin oyunumuz
var. “Xəzər Lənkəran”la matç çox ağır olacaq. Tez bərpa olunmalı və oyuna
hazırlaşmalıyıq”.
|