![](uploads/bakiyeni.jpg) Topaz Premyer Liqasının 3-cü turunda “Bakı” doğma meydanında
ilk oyununa çıxdı. “Qəbələ” ilə qarşılaşan paytaxt klubu ötən mövsümün bürünc
mükafatçısına son dəqiqələrdə buraxdığı iki qolla məğlub oldu – 0:2.
İbrahim Uzunca, “Bakı” klubunun baş məşqçisi: “Keçən həftə
ilə müqayisədə daha yaxşı oynadıq. 80-ci dəqiqəyə qədər olan mübarizədən
razıyam. Bu müddət ərzində rəqibə heç bir şans vermədik. Gənc bir komanda
olduğumuz üçün səhvlər qaçılmazdır. Təcrübəsizlikdən meydançada tam
paylaşa bilmədik. Gənc futbolçuları Azərbaycan futboluna qazandırmağa
çalışacağıq”.
|