![](uploads/qebeledorinel.jpg) Topaz Premyer Liqasının 3-cü turunun açılış oyununda “Qəbələ”
səfərdə “Bakı”nın qonağı oldu. İlk hissəsi qolsuz başa çatan qarşılaşmanın
taleyini Viktor Mendi və Ruslan Abışovun oyunun son dəqiqələrində vurduğu qollar həll
etdi – 2:0.
Dorinel Munteanu, “Qəbələ” klubunun baş məşqçisi: “İlk növbədə komandamı təbrik etmək istəyirəm.
Hava çox isti idi. Futbolçularımız bu istiyə dözərək, sona qədər mübarizə
apardılar. “Bakı” ilk hissədə bizə heç bir qol imkanı vermədi. Amma ikinci hissədə
öz oyunumuzu tətbiq etdik və qələbə qazandıq. Qarşıdakı oyunlarda daha yaxşı
futbol oynamağa çalışacağıq. Dodo artıq 3 gündür ki, əsas komandadadır, bizimlə
davam edəcək. Hesab edirəm ki, Dodo əvəzedici heyətdə keçirdiyi vaxtda səhvlərini
dərk edib”.
|