28.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   Vaqif Cavadov: “Türkiyədə hər oyuna Azərbaycan bayrağı ilə çıxacağam”      2014-08-21

Azərbaycan milli komandasının və Türkiyənin “Qaziantep BB”  klubunun hücumçusu Vaqif Cavadov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib.  V.Cavadov söhbət əsnasında bir sıra maraqlı məqamlara toxunub.

-“İnter”dən ayrıldıqdan sonra Türkiyənin I dəstə təmsilçisi “Qaziantep  BB” ilə anlaşdınız. Türkiyə klubunda sizi necə qarşıladılar,  klubun sizə ümidləri nədən ibarətdir?

-Türkiyədə məni çox yaxşı qarşıladılar. Müqavilə mərasimində klubun prezidenti və digər yüksək vəzifəli şəxsləri iştirak etdilər. Mənə ümidlər böyükdür. Bu məsuliyyəti dərk edərək deyirəm ki, Türkiyəyə turist  kimi getməmişəm.  İndi hər şey özümdən asılıdır. Məşqlərdə özümü  yaxşı tərəfdən göstərib, mütəmadi olaraq, əsas heyətdə oynamalıyam. Öz oyunumda inkişafa nail olmaqla yanaşı, ölkəmizi də layiqincə təmsil etməliyəm.

-Baş məşqçi Nurullah Sağlam sizin barənizdə danışarkən deyib ki,  “Vaqif Cavadov hədəfi mütləq çempionluq olan komandaya transfer edildiyini anlamalıdır”. Bu cümlə sizdə hansı hissi formalaşdırıb?

-Nurullah Sağlamın belə deməsini normal qarşılayıram. Çünki Sağlam həmişə məqsədləri olan komandaya rəhbərlik edib. Elə mən də həmişə çempionluq uğrunda yarışan kollektivdə çıxış etmişəm. “Qaziantep BB” klubunu seçməyimdə Nurullah Sağlam amilinin rolu böyükdür.

-Sizinlə yanaşı U-21 millimizin üzvü Rəhman Hacıyev də “Qaziantep BB”da oynayır. Yəqin ki, bu sizin üçün də üstünlükdür...

-Əlbəttə, heyətdə yer alan bütün futbolçularla dostluq münasibətim var. Amma Rəhmanın yeri başqadır. Onunla hər mövzuda danışa bilirəm.

-Bir qədər geri qayıdaq. “İnter”dən ayrıldıqdan sonra adınız “Xəzər Lənkəran”la hallandı. Bəs necə oldu ki, “Xəzər Lənkəran”la yox, “Qaziantep BB” klubu ilə anlaşdınız?

-Açığı, bu iki klubdan başqa, “Qəbələ”dən də təklif var idi. Məsələ seçim etməyə gəldikdə, Türkiyə klubunun  təklifi daha yaxşı oldu. Onlar mənim futbol oynamağım üçün hər cür şərait yaratdılar. 

-Siz Türkiyə I liqasının səviyyəsinin hər keçən il bir az daha düşməsi ilə razısınız?

-Səviyyə düşür? Mən deməzdim. Türkiyə  birinci liqasını görməmişdim. Gedib gördüm və təəssüratlarım yüksəkdir. Hesab edirəm ki, düzgün seçim etmişəm.

-Türkiyədə çıxış edən azərbaycanlı futbolçular (Rəşad Sadıqov istisna olmaqla) milli atributlarımızdan istifadə etməyiblər. Sizin məsələ ilə bağlı nə kimi planlarınız var?

-İnşallah, hər oyuna biləyimdə Azərbaycan bayrağı ilə çıxacağam. Məqsədim həm ölkəmizi təmsil etmək, həm də komandamın uğurlarında pay sahibi olmaqdır.

-Klubunuzun maddi vəziyyəti necədir?

-Bu baxımdan hər hansı bir problem yaşamırıq. Komandamız Türkiyədə transfer bazarının fəallarındandır.

Müsahibəni hazırladı: Elgiz Abbasov  

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 2728
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: