![](uploads/nikolas.jpg) “Neftçi” növbəti transferini rəsmiləşdirib.
Paytaxt klubu Çili milli komandasının sabiq üzvü Nikolas Kanalesi rəsmən heyətinə
cəlb edib. Onun sənədləri Peşəkar Futbol
Liqasına təqdim olunub. Çilinin “Kola Kola” klubundan gətirilən futbolçu “Neftçi”də 11 nömrəli formada çıxış
edəcək.
Qeyd edək ki, Kanales 2012-2013 mövsümündə
“Netçi”də oynayıb və Premyer Liqanın bombardiri olub.
|