![](uploads/bakiyeni.jpg) Topaz
Premyer Liqasının II turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar
olub. İlk oyununu keçirən “Bakı”nı “Neftçi” ilə matça türkiyəli İbrahim Uzunca
çıxarıb. Ötən tur “Qəbələ” ilə debüt edən Dorinel Muntyanudan sonra bakılıların
çalışdırıcısı Premyer Liqa tarixinə 50-ci əcnəbi mütəxəssis kimi düşüb. Bu
“50-lik”dən bəziləri baş məşqçi əvəzi kimi bir neçə oyunluq iş başında olub.
Uzunca
paytaxtın eyniadlı təmsilçisinin tarixində 8-ci legioner baş məşqçi olub. Onadək
makedoniyalı Qyoko Hacıyevski, türkiyəlilər Bülənt Korkmaz, Cüneyt Biçər,
latviyalı Aleksandr Starkov, serbiyalılar Bojidar Bandoviç və Milinko Pantiç,
almaniyalı Vinfred Şafer “Bakı”da çalışıb.
|