![](uploads/UEFA.jpg) UEFA
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Ölkə
çempionu “Qarabağ” səfərdə Avstriyanın “Zalsburq” klubu ilə qarşılaşıb. İlk
oyunda rəqibini 2-1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə rəqibinə 0-2
hesabı ilə uduzub.
Bu nəticədən sonra “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində
mübarizə aparacağı dəqiqləşib. Komandamızın Avropa Liqasındakı rəqibi cümə günü keçiriləcək
püşkatmadan sonra bilinəcək.
|