![](http://www.pfl.az/uploads/Picture11.jpg) Bu
gün Azərbaycan Milli Mətbuatının yaranmasından 139 il ötür. Maarifçilik
hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin 22
iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində «Əkinçi» qəzetinin nəşrinə
nail olur. Bununla da Azərbaycanda milli mətbuatın əsası qoyulur.
Bu dövr ərzində Azərbaycan mətbuatı müxtəlif təzyiqlərə məruz
qalmışdır. Buna
baxmayaraq, daim
inkişaf yolunu tutub. 1998-ci ilin avqustunda Heydər Əliyev tərəfindən
senzuranın ləğv edilməsi isə Azərbaycanda mətbuatın daha da inkişaf etməsinə təkan
verib.
Bu gün peşə bayramını qeyd edən bütün mətbuat işçilərini Peşəkar
Futbol Liqası kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar
arzulayırıq.
|